Cəmiyyət

Abonentin qaz sayğacının kodu başqasına verildi - VİDEO

1 İyul 2016 23:39
0 Şərh     Baxış: 2 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstifadə etmədiyi qaz sayğacının kodu başqasına verildi. Bakı sakini Gövhər Sultanova iddia edir ki, qaz sayğacını dəyişdirmək istəyərkən ona artıq abonent kodunun olmadığı bildirilib.

Hadisə paytaxtın Sabuncu rayonu Balaxanı qəsəbəsi "6-cı mədən" adlanan ərazidə qeydə alınıb.

Şikayətçinin sözlərinə görə, sayğac qoşulan gündən ondan istifadə etməyib.

Gövhər Sultanova deyir ki, Sabunçu rayon qaz idarəsindən ona yeni kod almaq üçün "ASAN xidmət"ə müraciət etməli olduğu bildirilib.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən "Xəzər Xəbər"ə verilən məlumata görə, Gövhər Sultanovanın şikayəti nəzərə alınıb və bununla bağlı həmin əraziyə işçi qrupu göndərilib.

"Azəriqaz" İstehsalat Birliyinin şöbə müdiri İbrahim Kərbalıyevin sözlərinə görə, ümumiyyətlə abonent kodu 3 ay müddətində istifadə edilmirsə, o, passiv kod siyahısına düşür və bu kodlar da sonradan başqa abonenlərə pulsuz olaraq verilir.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Abonentin qaz sayğacının kodu başqasına verildi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.