Cəmiyyət

Tanınmış vəkil keçmiş nazirin gizlinlərini açır

1 İyul 2016 20:36
1 Şərh     Baxış: 2 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanıb və 2011-ci ilin yanvar ayında BMT nin ƏŞH üzrə Komitəsinə təqdim olunan dövlət hesabatı Vətəndaş Cəmiyyəti üçün gizli saxlanılır. Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya "Bərabər İmkanlar Uğrunda" kampaniyasını həyata keçirən İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova bildirib.

Onun sözlərinə görə, dəfələrlə rəsmi müraciətlərinə baxmayaraq, həmin hesabat təqdim olunmayıb, vətəndaş cəmiyyəti nümayəndələri üçün qapalı saxlanılıb: "22 oktyabr 2010-cu ildə Bakı Ekspo Mərkəzində keçirilən 16-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi - "Baku Build-2010" çərçivəsində "Hamı üçün şəhər" mövzusunda dəyirmi masa təşkil edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elnur Sultanovun giriş nitqi ilə çıxış etdiyi bu tədbir İnnovasiyalı texnologiyalara və şəhərsalmanın planlaşdırılmasına həsr olunub. Elnur Sultanov Azərbaycan hökumətinin öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə ilk hesabatın hazırlanmasını və BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinə təqdim olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2010-cu il tarixli sərəncamı əsasında dövlət qurumlarının yüksək vəzifəli nümayəndələrindən ibarət İşçi Qrupun yaradılması haqqında məlumat verib. Azərbaycan hökumətinin Konvensiyanın icrasında maraqlı olduğunu ifadə edən E. Sultanov bu işin icrasında QHT-lərin və ictimai birliklərin dəstəyinin zəruri olduğunu da vurğulamış, cəmiyyətin həssas qruplarının ehtiyacları ilə bağlı ictimai birlikləri tövsiyyə və təkliflərlə müraciət etməyə dəvət edib". 

İ.Cavadovanın sözlərinə görə, bunlara baxmayaraq, rəhbərlik etdiyi təşkilat həmin hesabatın rus dilində olan versiyasını BMT -nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinə müraciət edərək əldə edib: "Hesabatdan maraqlı məqamları Vətəndaş Cəmiyyəti nümayəndələrinə tərcümə edib təqdim etməyə hazırıq. Hələlik isə dövlətin təqdim etdiyi hesabatdan bir abzası çatdırıram "...Konvensiyanın icrası istiqamətində əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərə ümumilikdə 2009- cu ilə 55 733 087 və 2010- cu ildə isə 82 048 390 manat vəsait xərclənib"".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.