Cəmiyyət

Su çənləri təhlükə saçır - VİDEO - FOTO

1 İyul 2016 19:09
1 Şərh     Baxış: 6 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərində su əhaliyə aidiyyəti qurum tərəfindən tərtib olunmuş qrafik əsasında verilir. Buna görə də əhali ehtiyat toplamaq üçün yeraltı və yerüstü hovuzlar, dəmir, eləcə də plastik çənlərdən istifadə etmək məcburiyyətindədir. Bəs, görəsən, sakinlər bu su çənlərinin təmizliyinə necə, riayət edirmi?

Mahir Dadaşov - sakin: "Çəni 1980-ci ildən qoydurmuşam. Mən hələ qoyulandan indiyə qədər o çənin içinə bircə dəfə də girib təmizləməmişəm".

Tariyel İsmayılov - sakin: "Heç vaxt təmizləmirəm. Gülməli sual verirsiniz. Çən niyə təmizlənməlidir ki?!"

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, suyun çirklənməsinə xüsusilə yay aylarında yol vermək olmaz. Çünki su kütləvi xəstəliklərin, xüsusilə də qarın yatalağı, dizenteriya, amöb kimi viruslu xəstəliklərin yayılmasının başlıca mənbəyidir.

Hündürdə yerləşən çənlər bu xüsusiyyətlərinə görə daimi nəzarətdən kənarda qalır. Amma nəzarətdə saxlamaq lazımdır. Çünki çənin içərisinə həşarat və quşların cəsədi düşə bilər ki, bu da epidemiyanın sürətlə yayılmasına səbəb ola bilər.

Xəstəlikləri gözə alıb, su çənlərini təmizləyən sakinlər də istisna deyil.  Amma onlar da bu işi kor-koranə icra edir.

Sakin: "2 ildən bir təmizləməliyik yəqin. Nə qədərdən bir təmizlənməlidir ki? Heç nəylə təmizləmirik, eləcə pasını, suyunu axıdırıq".

Volodya Həsənov - sakin: "Çəkiclə vururam, paslarını tökürəm, üzərinə bir neçə vedrə su tökürəm. Su duru halına gələnə qədər suyu buraxıram. Bir ildən, iki ildən bir təkrarlayıram".

Əslində isə hovuz və çənlər 3, ən uzağı 6 aydan bir təmizlənməlidir. Bu müddət, materialından asılı olmayaraq bütün növ çənlərə şamil edilir. Bu zaman dezinfeksiya və germetiklik xüsusi maddələrlə təmin edilməlidir.

Fazil Nəbiyev - Gəncə Şəhər GEM-in bölmə müdiri: "Xloramin məhlulunun müəyyən faizləri hazırlanmalıdır. Bu, suyun və çənin ölçüsünə görə götürülür. Bu vasitə ilə yuyulur. Daha yaxşı olardı ki, çən və ya hovuzun içərisindəki suya xloramin məhlulu tökərək saxlanılsın, daha sonra buraxılaraq təmiz su ilə təkrar-təkrar yuyulsun".

Ümumilikdə isə Gəncə əhalisinin suya olan ehtiyacı 3 su mənbəyi hesabına ödənilir. Bunlar Qızılqaya, Ağ su, və 193 subartezian quyusudur. Suyun toplandığı anbarlarda təmizliyi təmin edən xlorator qurğuları fəaliyyət göstərir. Vəziyyətə nəzarəti isə Gəncə Şəhər GEM aparır.

Fazil Nəbiyev - Gəncə Şəhər GEM-in bölmə müdiri: "Cari ildə laboratoriyamızda 209-a yaxın baktereoloji, 118 kimyəvi müayinələr aparılıb. Cari ildə nəticələr yaxşıdır".

Su-kanalizasiya sisteminin yenidən qurulması işləri çərçivəsində Gəncədə əhali 24 saat ərzində suyla təmin olunmalıdır. İşlərin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur. Odur ki, bu 2 il ərzində hovuz və çənlər ən azından 4-5 dəfə xüsusi qaydada təmizlənməlidir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Su çənləri təhlükə saçır

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.