Cəmiyyət

“İpək yolu”da“Təbriz” konsert verdi - FOTO

30 İyun 2016 23:44
0 Şərh     Baxış: 1 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Festival çərçivəsində iyunun 30-da axşam saat 20:00-da qədim tarixi-memarlıq abidəsi "Yuxarı Karvansaray" mehmanxana-kompleksinin həyətində İranın "Təbriz" İnstrumental ansamblının konserti olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, "İpək yolu" festivalında ilk dəfədir iştirak edən "Təbriz" instrumental ansamblı 15 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində ansambl İran İslam Respublikasının müxtəlif bölgələrində uğurla çıxış edib, tamaşaçı rəğbətini qazanıb. Ansambl uzun müddətdir tanınmış xanəndə Ramin Qəznəvi ilə əməkdaşlıq edir. İranda keçirilən müxtəlif festivalların və müsabiqələrin laureatı olan Ramin Qəznəvi instrumental heyətlə birgə bir çox ölkələrdə, o cümlədən İsveç, Almaniya, Danimarka, Türkiyədə konsert proqramları ilə çıxış edib.

"Sizə salam gətirmişəm" mahnısı ilə başlanan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.