Cəmiyyət

Əməliyyat zamanı ölən xəstənin cərrahı,deputatın cərrah əmisi danışdı - VİDEO

30 İyun 2016 23:23
16 Şərh     Baxış: 4 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda 81 yaşlı cərrahın əməliyyat etdiyi xəstə bu gecə dünyasını dəyişib. 3 uşaq anası Lumu Veyisova öd kisəsindəki kəskin ağrılarla Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına müraciət edib. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, xəstənin yaxınları isə Lumu Veyisovun ölümündə həkimi günahlandırırlar. İddia edirlər ki, həkim yaşlı olduğu üçün xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb.

Xəstəni əməliyyat edən həkim Cəfər Quliyev isə bununla razılaşmayıb. Açıqlama verən həkim məslənin təfərrüatları barədə məlumat verib.

O, xəstənin xəstəxanaya gec çatdırıldığını, vəziyyətinin ağır olduğunu bildirib:

"Böyrək çatışmazlığı var. Buna görə də dünyasını dəyişdi. 4 gün evdə qalıblar, 4-cü gün gəlib bizə. Öd kisəsi qanqrena, tərkibində daşlar, ətrafında irin. Qan da həmin o irinin əsasında zəhərlənib. Əməliyyat zamanı da o damar qırıldı, saxlamadı. 2 sutka ordan evimə gəlmədim, uşaq deyiləm axı mən də..."

Qeyd edək ki, "Şöhrət" ordenli, 81 yaşlı həkim Cəfər Quliyev deputat Fərəc Quliyevin əmisidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Əməliyyat zamanı ölən xəstənin cərrahı,deputatın cərrah əmisi danışdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.