Cəmiyyət

İdeal bədənə sahib olmağın 5 şərti

30 İyun 2016 22:52
16 Şərh     Baxış: 3 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yemək vərdişinizi dəyişdirməklə daha ideal və sağlam vücuda sahib ola bilərsiniz.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 5 şərtə əməl etməklə buna yiyələnə bilərsiniz.

Naharda zülallı qidalara üstünlük verin:

Zülal toxluq hissi verir, əzələləri qüvvətləndirir və bədəninizi gümrah edir. Naharda gündəlik yeyəcəyiniz 30 qram zülal, aclıq hissinin qarşısını alır və gün ərzində karbohidratlı və yağlı yeməyinizi əngəlləyir.

Sağlam qəlyanaltılardan yararlanın:

Yemək vaxtları arasında aclıq hiss etməməkçün yanınızda daim sağlam qəlyanaltılar saxlayın. Bir ovuc badam və ya fındıq, qaynadılmış yumurta, alma, portağal və naringi kimi təzə mövsüm meyvələri həm uzun müddət sağlam qalmağınıza, həm də toxluq hissi duymağınıza kömək edər.

Tərəvəz bişirin:

Əksər insanlar tərəvəzli yeməklərdən doymadığı üçün bu qidalara üstünlük vermir. Amma mütəxəssislər hesab edir ki, bu, vacibdir. Əgər tərəvəz yeməklərini xoşlamırsınızsa, omletə göyərti və ya ya tərəvəzlər əlavə edə bilərsiniz. Tərəvəz yemək vərdişinə yiyələndikdə "fast food" kimi zərərli qidalardan da da uzaqlaşmış olacaqsınız.

Çörəyi süfrənizdən götürün və karbohidrat yemək istəsəniz əvəzinə kəpəkli makaron istifadə edin. Lif qaynağı olan belə taxıllı qidalar uzun müddət toxluq hissi yaradacaq.

Sevdiyiniz yeməklərdən özünüzü məhrum etməyin

Qəhvə və ya şokolad istəyirsiniz? Axşam yeməyi üçün qamburger sifariş etmək istəyirsiniz? Paxlava xəyalı qurursunuz? Sevdiyiniz yeməklərin hamısını həyatınızdan çıxarıb özünüzü incitməyin. Sadəcə miqdarına diqqət yetirin. Məsələn, 2 ədəd paxlava yerinə yalnız bir dənə yeyin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.