Cəmiyyət

Bakıda sərnişin avtobusu vuruldu - FOTO

30 İyun 2016 22:19
0 Şərh     Baxış: 2 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda sərnişin avtobusu qəzaya düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. Ələddin Heydərovun idarə etdiyi 90 OA 252 dövlət nömrə nişanlı "Mercedes"  21 nömrəli marşrut avtobusuna arxadan çırpılıb. Hadisə avtobusun dayanacaqda dayandığı zaman baş verib.
 
Sürücü  Ə.Heydərovun bildirdiyinə görə, şəhər istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşını dayanacaqda dayanan sərnişin avtobusuna çırpıb.
 
Qəza nəticəsində xəsarət alan olmayıb. Ancaq "Mercedes" markalı maşına  ciddi ziyan dəyib. Qəza ilə bağlı Nobel prospektində bir müddətliyinə tıxac yaranıb. Hadisə yerinə əlavə yol polisi əməkdaşları cəlb olunduqdan sonra yoldakı sıxlıq aradan qalxıb və nəqliyyatın hərəkəti normallaşıb.
 
Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.