Cəmiyyət

Binaların damına çıxışa nəzarət edilmir - VİDEO

30 İyun 2016 21:23
4 Şərh     Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

3 yeniyətmə oğlan doqquzmərtəbəli binanın damına çıxaraq həyatlarını riskə atırlar. Heç bir qoruyucu sədd olmayan binanın ən künc hisssədində  dayanan gənclər aşağıya baxır, telefonla selfi çəkidirirlər. Sosial şəbəkələrdə yayılan bu görüntülər binaların damının təhlükəsizliyini gündəmə gətirir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, tikinti məsələləri üzrə ekspert Cahangir Qocayev bildirir ki, buna nəzarət Mənzil Komunal İstismar sahələri tərəfindən həyata keçirilməlidir və əgər orda hər hansı bir hadisə baş verərsə buna görədə sözügedən idarə məsuliyyətə cəlb edilə bilər.

Amma görünən odur ki, Bakıda bir çox binalarda dam çıxışlarına nəzarət yoxdur.

Mənzil Komunal İstismar idarələrindən isə bildirilir ki, dam qapıları mütəmadi olaraq qıfıllanır, amma hal-hazırda açıq olmasının səbəbkarı həmin binada yaşayan sakinlərdir.

Hər halda reallıq ondan ibarətdir ki, damlara çıxışlar nəzarət yumşaq desək zəifdir. Bunun yaratdığı təhlükə isə göz qabağındadır. Ümid edək ki, problemin aradan qaldırılması üçün hansısa bədbəxt hadisənin baş verməsini gözlələmk lazım gəlməyəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Binaların damına çıxışa nəzarət edilmir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.