Cəmiyyət

81 yaşlı həkimin əməliyyat etdiyi qadın öldü - VİDEO

30 İyun 2016 21:21
16 Şərh     Baxış: 4 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda 81 yaşlı həkimin öd kisəsinindən əməliyyat etdiyi 33 yaşlı Lumu Veyisovanı xilas etmək mümkün olmayıb.

Mərhumun əməliyyatında iştirak etmiş Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Vaqif Qəhrəmanov deyir ki, xəstənin öd kissəsində ağır irinli proses olub, ətraf damarlarda da irinləşmə prosesi gedib. 81 yaşlı həkim Cəfər Quliyevin öd kisəsinin partlamasından ehtiyat edərək təcili əməliyyat edib. Öd kisəsi çıxarılıb, damarlar bağlanıb. Öd kisəsinin yatağı təmizlənərkən isə qanaxma başlayıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Lumu Veyisovanın yaxınları isə həkimi günahlandırırlar. Onlar deyir ki, həkim yaşlı olduğu üçün xəstənin damarlarını kəsib. Elə qanaxma da bu səbəbdən yaranıb.

Nəticədə gənc qadın ölüb, onun atasız böyütdüyü 3 uşağı indi analarından da məhrum olublar.

Ancaq Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Vaqif Qəhrəmanov bununla razılaşmır, Cəfər Quliyevin şöhrət ordenli təcrübəli həkim olduğunu deyir.

Cəfər Quliyev bu hadisəyə görə stress keçirdiyindən əməliyyatdan uzaqlaşdırılıb. Əməliyyatın təfərrüatlarını dəqiqləşdirmək üçün lazimi sənədlər Sumqayıt Şəhər Ölüm komissiyasına göndərilib.

Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirilib ki, mərhumun yaxınları şikayət etmədiyindən nazirlik tərəfindən xüsusi komissiya yaradılmayıb. 81 yaşlı həkimin əməliyyatda iştirak etməsinə gəlincə Cəfər Quliyevin elmi adı, elmi fəaliyyəti olduğundan bunda problem yoxdur. Onun həmçinin "Şöhrət" ordeni də var.

Baş verənlər isə elmi adın həkim uğursuzluğuna zəmanət vermədiyini göstərir. Xüsusilə də 81 yaşında həyati əhəmiyyətli əməliyyatda iştirak etməyin belə ağır nəticəsinə.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

81 yaşlı həkimin əməliyyat etdiyi qadın öldü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.