Cəmiyyət

Bakının maşın bazarında yanğın: onlarla dükan kül oldu - YENİLƏNİB - VİDEO - FOTO

1 İyul 2016 00:47
29 Şərh     Baxış: 26 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

00:47

Bakının Nizami rayonundakı "Maşın bazarı" adlanan ərazidə baş vermiş yanğın nəticəsində 930 kvadratmetr ərazi yanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib.

Onun bildirdiyinə görə, yanğın bazar ərazisindəki piştaxtalardan birindən başlanıb və tez bir zamanda böyük sahəyə yayılıb: "Hər bir dükanın arasında arakəsmə yoxdur, iş vaxtı olmadığından piştaxtalar dəmir barmaqlıqlarla bağlı olub, eyni zamanda tezliklə əraziyə çoxlu adam yığıldığına və hər kəs öz əmlakını çıxartmağa cəhd göstərdiyi üçün maneə yaranıb".

R. Xudiyev bildirib ki, yanğın əsasən bazarın boyalar, neft məhsulları satılan hissəsində baş verib.

"Bütün çətinliklərə baxmayaraq, yanğının qarşısı alınıb, bazarın 3 min kvadrat metr ərazisindən 930 kvadratmetrini əhatə edən yanğın söndürülüb. Digər ərazilər yanğından mühafizə edilib".

O, yanğının başvermə səbəbinin ekspertlərin araşdırmasından sonra məlum olacağını da qeyd edib.

Rəis müavini bildirib ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. 

30.06.2016

23:39

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu, Maşın bazarında mağazalardan birində baş vermiş yanğın saat 22:59-da söndürülüb.

23:09

Bakının maşın bazarında başlayan güclü yanğın hələ də davam edir.

Videonu izləmək üçün şəklə klikləyin:

Bakının maşın bazarında yanğın: onlarla dükan kül oldu

Bakının maşın bazarında yanğın: onlarla dükan kül oldu - 1

Milli.Az anspress-ə istinadən xəbər verir ki, güclü yanğın nəticəsində onlarla mağaza yanıb.

Yanğınsöndürənlər hələ də yanğının qarşısını ala bilməyiblər. Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılan operativ qərargahdan bildirdilər ki, yanğının qarşısının alınması üçün əlavə yanğınsöndürən maşınlar çağırılıb.

21:42

Bakının Babək prospektində "maşın bazarı" deyilən ərazidə güclü yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda yanğının yayılmasının qarşısı alınıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

21:15

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın bazarın giriş hissəsində yerləşən15-20 mağazaya yayılıb.  Hadisə yerində FHN  qərargah yaradılıb.  Sahibkarlar mallarını mağazalardan çıxarmağa cəhd edirlər.

21:14

Bakının Babək prospektində "maşın bazarı" deyilən ərazidə güclü yanğın qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə yerinə 5-dən çox yanğınsöndürən avtomobili cəlb olunub.

Hazırda prospektin hər iki istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb.

21:13

Bakının Babək prospektində "maşın bazarı" deyilən ərazidə yanğın qeydə alınıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakının maşın bazarında yanğın: onlarla dükan kül oldu - 2

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.