Cəmiyyət

"Bilmirəm ki, maşının, kabelin pulunu necə ödəyim" - Yük avtomobili yandı - YENİLƏNİB - VİDEO - FOTO

30 İyun 2016 15:56
0 Şərh     Baxış: 1 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:56

Bir qığılcım sürücünün başına bəla oldu.

Balakən rayonunda "KamAZ" markalı yük avtomobili yanıb. 

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, rayonun Katex kəndində kənd sakini Məxrəsov Əli Məmməd oğluna məxsus 50-CG-854 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobilinin yanar hissələri və 2 ton ot bağlaması yanaraq yararsız hala düşüb. Yüksək temperaturdan divara quraşdırılmış qaz sayğacı əriyib. "KamAZ"ın alışmasına səbəb yük hissəsinə yığılan ot bağlamalarının elektrik naqillərinə toxunması olub. 

Əli Məxrəsov - sürücü: ""İskra" düşdü, yandı. Telefon kabelləri 1-2 metr sallanıb aşağı. Şirkət verib maşını, işlədirdim. Bilirlər ki, mən necə işləyirəm. Maşın yandı, bilmirəm ki, nə edim. Bilmirəm ki, maşının pulunu necə ödəyim. Telefon kabellərinə görə də 2 min manat pul istəyirlər. Mən hardan ödəyəcəm bu pulu".

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililərə zərər dəyməyib. Faktla bağlı araşdırma aparılır. 

Videonu izləmək üçün şəklə klikləyin:

Balakəndə yük maşını yandı

-----------

08:39

Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin yanar hissələri və avtomobilin banına yığılmış 2 ton ot bağlaması yanıb, yüksək temperaturdan divara quraşdırılmış qaz sayğacı əriyib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.