Cəmiyyət

Bakıda hər iki ayağı sınıq olan kişi bıçaqlandı

30 İyun 2016 08:26
1 Şərh     Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az musavat.com-a istinadən bildirir ki,"2-ci mədən" adlanan ərazidə yaşayan 35 yaşlı Tural Qasımov qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib.

Hər iki ayağı gipsdə olan Tural Qasımova tibbi yardım göstərilib. Bir neçə ay əvvəl hündürlükdən tullanarkən hər iki ayağını sındıran Tural özü-özünü bıçaqladığını bildirib.

Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib. Tural Qasımovun hansı şəraitdə bıçaqlandığı araşdırmalardan sonra məlum olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.