Cəmiyyət

81 yaşlı həkimin əməliyyatı xəstəyə baha başa gəldi - VİDEO

29 İyun 2016 21:42
14 Şərh     Baxış: 6 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

81 yaşlı həkim əməliyyat elədi, xəstənin vəziyyəti daha da ağırlaşdı.

Hadisə Sumqayıtda olub. 3 uşaq anası 33 yaşlı Lumu Veyisova öd kisəsindəki kəskin ağrılarla Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına iyunun 26-da daxil olub. 27 iyun tarixində isə həkim, 81 yaşlı Cəfər Quliyev onu əməliyyat edib. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstənin yaxınları isə iddia edirlər ki, həkim yaşlı olduğundan xəstənin damarlarını kəsib.

Hadisə ilə bağlı cərrah Cəfər Quliyevdən açıqlama almaq mümkün olmasa da, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası da onun 81 yaşı olduğunu təsdiqləyib.

Lumu Veyisova isə hazırda reanimasiya şöbəsində həkim nəzarətindədir.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

81 yaşlı həkimin əməliyyatı xəstəyə baha başa gəldi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.