Cəmiyyət

Kənd turizminə maraq artır: qiymətlər necədir? - VİDEO

29 İyun 2016 22:00
27 Şərh     Baxış: 3 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə məzuniyyətə çıxanların artması istirahət planlarını gündəmə gətirib. Məkanla yanaşı insanları düşündürən digər əsas amil xərclərdir.

Yay mövsümündə istirahət üçün xaricə gedənlərlə yanaşı bölgələrə üz tutanlar da az deyil.

Azərbaycanın ən böyük turizm potensialına malik bölgələrindən olan Nabran istirahət zonası qonaqları qarşılamağa başlayıb.

Bəzi turistlər istirahət mərkəzlərində dincəlməyə üstünlük versələr də, fərdi evləri kirayələyənlər də az deyil. Bunun başlıca səbəbi kirayə evlərin qiymətinin hotellərlə müqayisədə aşağı olmasıdır.

Nabranda fərdi evlərin bir günlük qiyməti əraziyə görə 15 manatdan 50 manata qədər dəyişir. Bu qiymətə yeməklər daxil deyil.

Cənub bölgəsində də kənd turizminə üstünlük verənlər çoxalır. Lənkəranın kəndlərində xeyli evlər var ki, turistlər kirayələməklə istirahətlərini sərfəli keçirə bilir.

Bu bölgədə evlərin kirayəsi adambaşına 8-10 manat civarındadır. Mütəxəssislər bildirirlər ki, qonaq gələn istər yerli, istərsə də əcnəbi turistlərə bələdçilik edib, onları rayonun gəzməli-görməli yerlərinə aparıb, tarixi məkanlar haqqında ətraflı məlumat verilir. Kənd azuqələrindən hazırlanan yeməklər üçünsə turistlərdən ayrıca ödəniş tələb olunur.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kənd turizminə maraq artır: qiymətlər necədir?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.