Cəmiyyət

Hicab – İslamın bayrağıdır

30 İyun 2016 23:45
25 Şərh     Baxış: 2 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Geyimi - insanın kişi və ya qadın olduğunu, uşaq və ya yeniyetmə olduğunu bildirir. Hətta maddi cəhətdən hansı vəziyyətdəyəm və başqalarının verə biləcəyi bir çox sualların cavabını hər kəsin geyimində tapmaq olar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hər kəsin geyimi onun əqidəsindən və mədəniyyətindən xəbər verir. Bir müsəlman üçün geyim Allaha pərəstiş etmək və Ona yaxınlaşmaq vasitəsidir. Ona görə də Allah bəyənən geyim geyinərlər.
Müsəlman qadının ı onu başqalarından ayırar. - İslamın bayrağıdır.
ı hər şeydən üstün bilən müsəlman qadınlardan biri də Suzan Karlanddır. O, Avstraliyanın Frimont şəhərində dünyaya gəlmişdir. 12 yaşında müsiqiyə meyil etmişdir. Ancaq 14 yaşında kilsəyə getmiş və dini dərslər almağa başlamışdır. Onun dediyinə görə kilsədə verilən dərslərdə deyilirdi ki, Allah hər gecə onlarla söhbət edir. O, da bu yersiz sözlərə dözə bilməyib, kilsəni tərk edir. 17 yaşında qərara alır ki, dinləri araşdırsın və tədqiq etsin. Ancaq İslam dini bu siyahının içində deyildi. Onun dediyinə görə, İslam dini onun üçün elə təsvir edilmişdi ki, sanki çox kobud və sərt bir dindir.
O, bu barədə deyir: "İslam dini mənim diqqətimi o zaman özünə cəlb etdi ki, televizorda İslam dininə aid sənədli filmə baxdım və İslam dini haqqında məqalələr oxumağa başladım. Qərara aldım ki, onu araşdırım.
İslam bizi bir-birimizə qarşı mehriban və dost olmağa dəvət edir. Hər şeydən çox diqqətimi cəlb edən mövzu - ağıl, cəsəd və ruh idi. Xrsitian dinində hər biri bir sütundur. Ancaq İslam dinində bu üçü bir-birindən ayrılmazdır.
Yadıma gəlir ki, mən müsəlman olmağı qərara alan zaman anam donuz əti qızardırdı. Anam mənim müsəlman olduğumu öyrəndi və başa düşdü ki, artıq onun bu cür yeməkləini yeyə bilməyəcəyəm. Ona görə də ağlamağa başladı. Bir neçə gün sonra mən hicaba keçdim.
mənim üçün Allaha yaxınlaşmaq vasitəsidir və bir müsəlman qadının simvoludur. Bir qadın bu yolla elan edir ki, o, İslam dininin nümayəndəsidir.
Çox təəssüf ki, hicaba keçəndən sonra küçə və yollarda bəziləri mənə həqarətlə nəzər salırdılar. Bəzi dostlarım mənimlə əlaqələrini kəsdilər. Ancaq indi mən artıq 5 ildir ki, İslam dinindəyəm. Mənim atıq 24 yaşım vardır. Müsəlman və müsəlman olmayan çoxlu dostlarım vardır. Həyat yoldaşım da müsəlmandır. Avstraliyada dünyaya gəlmişdir.
Mən cəmyiyətin fəal üzvüyəm. Kilsələrdə və İslami olmayan məktəblərdə xətiblik edirəm. Nümunəvi bir müsəlman kimi bu il Avstraliyada mənə mükafat veriblər. Mən heç bir zaman təslim olmamışam və müsəlman olduğum üçün peşman olmamışam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.