Cəmiyyət

Ateizm adına öldürülən milyonlarla insan və “günahkar” İslam

30 İyun 2016 22:15
16 Şərh     Baxış: 2 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Din və ateizm toqquşmalarında gətirilən ən böyük arqumentlərdən biri dünyada törədilən müharibə və zorakılıqların din və onun adı ilə törədilməsi arqumentidir. Son illər ümumi bir tendensiya halı almış bu xitablar mümkün qədər İslamın daha çox qaralanmasına xidmətdən başqa bir məsələ deyildir. Qlobal güclərin din və İslam adına fokuslanaraq dünyada baş verən zorakılıqların və müharibələrin səbəbi kimi dinin göstərilməsi sanki bir piar halını alıb.

Lakin pafoslu kəlmələri kənara qoyaraq bu məsələyə tamamilə elmi aspektdən yanaşsaq əgər  gözlərimizin qarşısında tamamilə başqa bir mənzərə canlanacaq. İlk əvvəl bu fikrin elmi cəmiyyətə haradan və necə təqdim olunmasına baxaq.

Milli.Az İslaminSesi-nə istinadla sizə həqiqətləri özündə əks etdirən elmi araşdırmanı təqdim edir.

2001- ci il 11 sentyabr hadisələrindən sonra  meydana çıxan Sem Xarrisin "İnancın sonu"   kitabında dünyada törədilən zorakılıq və müharibələrin səbəbi kimi dini göstərmişdi.

Onun sözlərinə qüvvət britaniyalı bioloq Riçard Dokinz də müharibələrin kökündə duran məsələnin din olduğunu vurğulamışdı. O,  buna sübut kimi İraq, Əfqanıstan, Yaxın Şərq, Bosniya və Şri Lanka hadisələrini qeyd edir.

Buna cavab olaraq Sülh və İqtisadiyyat İnstitu tərəfindən aparılan araşdırmaya əsasən din qətiyyən bəşər tarixində törədilən bütün müharibələrin əsas səbəbi deyil. Həmin inustitutun araşdırmasına əsasən dünyada hazırda törədilən müharibələrin əsas səbəbi müxtəlif qruplaşmalar arasında toqquşmalar, yararsız hökumət, rüşvətxorluğu yüksək səviyyəsi və qonşu ölkələrlə pis münasibətlərdir.

Daha bir fondun - Toni Bleyerə məxsus "İnam fondu"- da bu institutun hazırladığı hesabata görə analizlər aparmış və müəyyənləşdirmişdir ki, qətiyyən din insanlar arasında zorakılığının əsas faktoru deyil. Buna misal olaraq Küveyt və Qətəri göstərərək orada sünnilərin və şiələrin çox mehriban yaşadığını göstəriblər. Hesabatda bildirilir ki, həmin ölkələrdə rüşvətin aşağı səviyyədə olması və hökumətin yaxşı idarəçiliyi sülh gətirib.

Bəli, adları sadalanan ölkələrdə dini zəmini qeyd edə bilərik, lakin dünyada törədilən müharibələrin kökündə din dayanır dəlilinə elə "Müharibələr Enskilopediyası"ndan sübut gətirən "İrrasional Ateist" kitabından bu məsələni aydınlığa qovuşdura bilərik. Bəhs olunan mənbədə göstərilir ki, bəşər tarixində 1763 müharibə törədilib. Bu müharibələrin cəmi 123-ü dini zəmində baş verib ki, bu  da baş verən bütün müharibələrin 6,98% mənasına gəlir.

Din törədilən müharibələrin və zorakılıqların əsas səbəbidir deyənlərə ən böyük dəlil XX əsrdir. Bu əsr dünya tarixində ən qanlı əsrlərdən biridir. İki dünya müharibəsinə şahidlik etdi. Gəlin bu müharibələri xarakterizə edək. Bu iki nəhəng müharibəni din törətdi?  Yoxsa bütün dünyanı inandırmağa çalışdıqları  "Holokost  soyqırımı"nı din törədib?

Halbuki hamımıza tarixdən məlumdur ki, kommunist ideologiyası Rusiyada, Çində, cənub şərqi Asiyada və Kubada 50-70 milyona yaxın insanı qurban edib. Halbuki bunu nə din törədib, nə də inanc. Bu ateizmin diktəsi idi. Deməli asanlıqla söyləyə bilərik ki, bəşər tarixində insan din uğrundan daha çox ideologiya uğrunda ölüb və ya öldürülüb. Komunist ideologiyası bir başqası üzərində hakimliyi diktə edirdi. Nasist ideolgiyası digər "aşağı" irqlərin ləğvini tələb edirdi. Elə bu iki ideologiyanın adını çəkmək kifayətdir. Onların törətdiyi qırğınların heç birinin dinlə əlaqəsi yox idi. Komunist ideologiyasının ateizmə söykənməsi hər kəsə məlumdur.

Aşagıdakı göstərilən cədvəl  yenə bəhs olunan mənbədəndir.

Bu barədə başqa bir mənbə- D.J. Rummelin əsərləri kifayətdir. O əsərlərində ateist diktatorların siyahısını açıqlayır (Onların hər birinə demək olar ki, bir araşdırma həsr edib)

Əgər onun əsərlərinə istinad etsək

İosif Stalin- 42, 672000

Mao Zeodunq-  37, 828000

Adolf Hitler  - 20, 946 000

Çan Kayşi- 10, 214000

Vladimir Lenin-  4017000

Hideki Todzyo- 390 000

Pol Pot- 2397000 nəfər insanın ölümünə səbəb olub.

Rummel: " Demək olar ki, 170 milyon insan qadınlar və uşaqlar da daxil olmaqla güllələnib, əzilib, işgəncələrə məruz qalıb, bıçaqlanıb, yandırılıb, ac buraxılıb və  ya ölənə qədər işlədilib. Onlar insanları diri-diri basdırıb, suda boğub asıb, bombalayıb və ya öldürüblər. Bu hökumətlər silahsız, köməksiz vətəndaşlarını və ya əcnəbiləri müxtəlif yollarla qətlə yetiriblər. Təxminən 360 milyona yaxın insan öldürülüb."

Elə bu tarixi faktlar kifayətdir ki, tamamilə əminliklə söyləyə bilərik:  bəşər tarixində törədilən müharibələrin əsas səbəbi din olmayıb. Bəs törədilən müharibələrin əsas səbəbi nədir?

Əslində törədilən müharibələrin və qırğınların ən böyük səbəbi insanın içindəki vəhşilikdir, qaniçənlikdir. Bunu etiraf etmək o qədər çətindir?

O qədər çətindir ki, deyək insan qana hərisdir və törətdiyi əməli nələrinsə arxasında gizlətməyə sadəcə olaraq can atır.

Elə dinimizin müqəddəs kitabında humanizmə çağıran dəlilləri kənara qoysaq (bu hər bir müsəlmana məlumdur) elə xristinların müqəddəs kitabından misal gətirsək dünyada törədilən qırğınların, zorakılıqların əsl səbəbi bizə məlum olar:

"İsa belə davam etdi: İnsanı kirlədən, insanın içindən qaynaqlananlardır. Çünki pis düşüncələr, əxlaqsızlıq, oğurluq, cinayət, zina, acgözlük, pislik, hiylə, qısqanclıq, iftira, həsəd və ağılsızlıq insanın daxilindən, ürəyindən qaynaqlanır"

"Isa belə söylədi: "Aranızdakı  münaqişələrin, davaların səbəbi nədir? Bədən üzvlərinizdə savaşan nəfsiniz deyilmi? Bir şey arzu edirsiniz və əldə edə bilməyəndə adam öldürürsünüz. Qısqanırsınız, istəyinizə çata bilməyəndə dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki Tanrıdan diləmirsiniz."

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.