Cəmiyyət

Bakıda Creative Summer Kids Fashion show - FOTO

29 İyun 2016 16:34
Baxış: 1 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Art production təşkil etdiyi "Creative Summer Kids Fashion show" Bakı şəhərində dənizkənarı otellərin birində baş tutdu. 3-13 yaş uşaqlar arasında keçirilən moda müsabiqəsində 23 modelyer və 29 model iştirak etmişdir.

Mövzuya uyğun olaraq gənc və həvəskar modelyerlər Creative mövzuda hazırladıqları yay geyimlərini gələn qonaqlara və münsiflər heyətinə təqdim etdilər. Münsiflər heyətinin və tamaşaçıların verdiyi obyektiv səsvermə zamanı qaliblər müəyyən olundu. Tədbir müddətində tanınmış simalar öz mahnılarıyla iştirakçı və gələn qonaqları ruhlandırdılar.

Münsi​flər heyəti modelyer-dizayneri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova (sədr), əməkdar artist Elza Seyidcahan, aparıcı- müğənni Seyran Babayev, "Addım" gənclər təşkilatının rəhbəri Hüseyn Cavadzadə, stilist Samir Əliyev və bəstəkar Məryəm Əlibəyli idi. Sonda qaliblər sponsorlar tərəfindən hədiyyələrlə və Art productionun diplom və sertifikatları ilə təltif olundular.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.