Cəmiyyət

İstanbulda zərərçəkənlər arasında azərbaycanlılar varmı?

29 İyun 2016 07:22
0 Şərh     Baxış: 3 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun Atatürk hava limanında baş vermiş terror aktı nəticəsində zərərçəkənlər arasında Azərbaycandan sərnişin və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) əməkdaşları yoxdur.

Milli.Az bildirir ki, bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

P.Kəsəmənski əlavə edib ki, Bakı vaxtilə saat 23:30-a planlaşdırılan İstanbul-Bakı aviareysi Atatürk hava limanının bağlanması səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb.

O əlavə edib: "Terror hadisəsi baş verənədək bizim sərnişinlərin qeydiyyatı başa çatıb və onlar AZAL-ın heyəti ilə birgə gözləmə zalında olublar. Buna görə də hadisə zonasında olmadıqları üçün sərnişinlərimiz arasında zərərçəkən olmayıb. Onlar hazırda da gözləmə zalındadırlar".

Qeyd edək ki, hava limanındakı partlayış nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.