Cəmiyyət

Azərbaycan ordusu düşmənin müdafiəsini yarır - VİDEO

28 İyun 2016 22:28
6 Şərh     Baxış: 5 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Silahlı Qüvvələri iyunun 29-dan 26-na qədər təmas xəttinə yaxın poliqonlarda 25 min hərbçinin, yüzlərlə zirehli texnikanın, onlarla döyüş təyyarəsinin və vertolyotunun iştirakı ilə irimiqyaslı hərbi təlimlər keçirib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, təlimlərin ssenarisinə əsasən düşmənin möhkəmləndirilmiş müdafiə xətti üç dalğadan ibarət atəş zərbəsi ilə yarılıb.

Birinci mərhələdə şərti düşmənin mövqelərini quru qoşunlarının bütün növ artilleriyası və tankları vurub. Ardınca hərbi hava qüvvələri döyüşə girib və düşmənin müdafiə xəttindəki qüvvələrə, digər hədəflərə zərbələr endirib.

Ardınca yenidən artilleriya və tanklar işə düşüb. Müdafiə Nazirliyi təlimlərin gedişinə dair videoicmal yayıb. Həmin kadrları təqdim edirik.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycan Silahlı Qüvvələrinin operativ-taktiki təlimlərindən (19-24 iyun 2016 il) videofilm - 28.06.2016

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.