Cəmiyyət

Ağdaşda müəmma: gözəgörünməzlərin qarabaqara izində - VİDEO

28 İyun 2016 21:21
3 Şərh     Baxış: 6 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qeyri-adi məxluq iddialarına görə son günlər gündəmdən düşməyən Ağdaşın Qoşaqovaq kəndində hələ də həyəcan hakimdir. Baxmayaraq ki, kənddə heç kəsə ziyan dəyməyib. Sakinlər həmin məxluqların, ya da insanların gecə peyda olduğunu iddia etdiyindən əməkdaşlarımiz səhərədək kənddə olub, vəziyyəti yerində müşahidə ediblər. Gecə olan kimi kənddə həyəcanlı anlar yaşanıb, sakinlər səs gələn həyətlərdən həmin məxluqları tutmağa çalışıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, kənd sakinləri hər şeyin gecə baş verdiyini iddia etdiyi üçün əməkdaşlarımız səhərədək bu kənddə olub, iddiaların gerçək olub-olmadığını müşahidə etməyə çalışıb.

Rayon mərkəzindən xeyli aralıda olan Qoşaqovaq kəndinin girişində sakitlik höküm sürürdü.

Kəndin mərkəzində, polislərin və kənd sakinlərinin cəmləşdiyi əraziyə çatdıqdan bir neçə dəqiqə sonra naməlum kimsənin həyətlərin birində peyda olduğu xəbəri gəldi.

Bundan sonra kəndə vəlvələ düşdü. Eşidənlər əlinə fənər küçə küçə gəzərək adam olduğu düşünülən həmin məxluqu axtarmağa başladılar. Ancaq nəticə olmadı, ara sakitləşdi. Üzərindən biraz keçəndən sonra başqa bir həyətdən səs gəldiyindən yenə həyəcanlı anlar başladı. Hətta onun yanından keçdiyini deyənlər də oldu.

Bir neçə saat axtarış nəticəsiz qaldı. Həmin şəxs, ya da şəxslər tapılmadı. Bununla belə Qoşaqovaq kəndində qorxu və həyacan günü-gündən artır. Sakinlər iddia edir ki, müxtəlif görkəmdə olan şəxslər gecə peyda olurlar. Kim olduğu bilinməyən insanlar həyətlərə girir, oturub sakitcə o tərəf-bu tərəfə baxır. Bir adam görən kimi qaçıb yoxa çıxırlar.

İddiaları nəzərə alan rayon polis şöbəsinin əməkdaşları kənddə postlar qurublar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ağdaşda müəmma: gözəgörünməzlərin qarabaqara izində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.