Cəmiyyət

Bakıda bank müştəridən əlavə pul tələb etdi - VİDEO

28 İyun 2016 21:14
0 Şərh     Baxış: 1 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kredit kartları ilə bağlı növbəti problem ortaya çıxıb. Bir nəfər kredit kartının şifrəsini unutduğu üçün əlavə xərcə düşüb. Bank, yeni şifrə üçün ödəniş tələb edib.  Bəs görəsən bu hal bank haqqında qanunla necə tənzimlənir?

Bank, kredit kartının şifrəsinin itirilməsinə görə ondan ödəniş tələb edib. Şifrənin unudulması və ya itirilməsinə görə müştərinin cərimə olunduğunu bildirib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, məsələ ilə bağlı sözügedən bankla əlaqə saxladıq. Məlum oldu ki, nəinki şifrə, hətta kartın zədələnməsi zamanı da müştəri 10 manat məbləğində cərimə olunur. Kredit kartları pulsuz verildiyindən sonradan baş verən belə hallarda dəyən ziyanı bank ödəmir.

O da məlum oldu ki, digər banklar şifrənin itirilməsi zamanı daha az cərimə tətbiq edirlər. Bu zaman məbləğ 2 ilə 5 manat arasında dəyişir. Hətta müştərinin şəxsiyyət vəsiqəsi ilə müraciəti əsasında bunu təmannasız edən banklar da var.

Mütəxəssislər, məsələnin Mərkəzi Bankın 25 iyul 2012-ci il qərarı ilə təsdiq edilmiş Kretit kartlarının normativ aktına əsasən həll olunduğunu deyirlər.

Bank haqqında qanuna əsasən plastik kartın və ya pin-kodun kim tərəfindən dəyişdiriləcəyi tərəflər arasındakı müqavilədə öz əksini tapır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda bank müştəridən əlavə pul tələb etdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.