Cəmiyyət

Dayanacaqlarda təhlükə yaradan avtobuslar - VİDEO

28 İyun 2016 21:13
0 Şərh     Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dayanacaqlardakı avtobusun çıxmasını gözləməyən bir çox sürücü avtobusu yolun hərəkət hissəsində saxlayir. Nəticədə yol daralır, uzun tıxac yaşanır. Bu cür vəziyyətdə dayanmış avtobusadan düşüb- minən sərnişinlərin təhlükəsizliyi isə bir başqa məsələdi. Əməkdaşlarımız əsasən paytaxda yaşanan problemi araşdırıblar.

Məsələn, paytaxtın Nərimanov və Xətai rayonlarında sürücülər dayanacaqdakı avtobusun çıxmasını gözləmir və yolun hərəkət hissəsində dayanaraq sərnişin düşürüb-mindirir. Bu da həm sərnişinlər, həm də dayanacqda dayanan digər avtobus sürücüləri üçün böyük təhlükə yaradır.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, qanunvericilikdə dayanacaqdan 15 metr önə və arxaya qədər məsafə avtobuslar üçün nəzərdə tutulub. Qanuna əsasən avtobuslar bir xətt üzrə deyilən məsafədə dayana bilərlər. Çəkiliş apardığımız zaman qaydaları kobud pozaraq yolun hərəkət hissəsində dayanan sürücülər digər həmkarlarını günahlandırırlar.

Günün pik saatlarında  isə  bu sıxlıq hətta uzun tıxaca yol açır. Bakı Nəqliyyat Agetntliyinin sözçüsü Nuridə Allahyarova məsələdən xəbərdar olduqlarını və sahibkarlara ciddi xəbərdarlıq etdiklərini deyib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin Bölmə rəisi Vaqif Əsədov daxil olan çoxsaylı şikayət əsasında belə sürücülərə qarşı mütəmadi reydlər keçirildiyini bildirib. Belə qayda pozuntusuna görə saxlanılan sürücülər 4 bal və 100 manat məbləğində cərimə tətbiq edilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dayanacaqlarda təhlükə yaradan avtobuslar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.