Cəmiyyət

Müsəlmanın müsəlman üzərində hansı haqları var?

28 İyun 2016 23:55
6 Şərh     Baxış: 2 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu mövzuda hədis kitablarında çoxlu hədis vardır.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu hədislər öz həcminə, əhatə dairəsinə görə fərqlənir. Onların bəzilərində müsəlmanın müsəlman üzərindəki cəmi bir neçə haqqı xəbər verilirsə, bəzi hədislərdə onlarla haqq sadalanır. Məsələn, öz müsəlman və mömin qardaşına hörmət etmək, acdırsa onu doyuzdurmaq, çılpaqdırsa geyindirmək, çətinliyini həll etmək, borcunu ödəmək, səfərdə olanda ailəsinə baş çəkmək, mal-dövlətin ilə ona yardım göstərmək, çətinlik zamanı onu tək buraxmamaq, aldatmamaq, ona zülm və xəyanət etməmək, qeybətini danışmamaq, özün üçün istədiyini onun üçün də istəmək, özünə rəva görmədiyini ona da rəva görməmək, xəstələnəndə ziyarətinə getmək, öləndə dəfnində iştirak etmək, vəfatından sonra onu xeyir sözlərlə, rəhmətlə yad etmək və s.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.