Cəmiyyət

Ağdaşda maşın atlını vurdu - FOTO

28 İyun 2016 08:14
1 Şərh     Baxış: 1 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən 248-ci km-də yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, rayon sakini Sərxan Ələsgərovun idarə etdiyi "VAZ-21 011" (03-BA-952) Bakı istiqamətində hərəkətdə olarkən yola çıxan atlını vurub.
Qəza zamanı atın üzərində olan Ağdaş rayon sakini İdris Kərimov və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. At zərbə nəticəsində ölüb, maşının ön hissəsi əzilib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.