Cəmiyyət

Dayanacaqlardakı baxımsız monitorlar - VİDEO

27 İyun 2016 23:04
2 Şərh     Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

5 ilə yaxındır ki, Bakıda dayanacaqlara qoyulmuş monitorlar indi istifadəsiz qalıb. Hətta bir çoxu işləmir və üzərini toz basıb.

Dayacaqların ayrılmaz hissəsi kimi görünən bu tablolara böyük ümidlər olsa da hazırda sərnişinlər faydalana bilmir. 

Avtobuslarda quraşdırılan və dayancaqlardakı lövhələrə məlumat ötürməli olan cihazların da çoxu sıradan çıxıb, ya da sürücülər aparatın söndürüb.

Nəqliyyatın intellektual idarə edilməsinə cavabdeh olan Nəliyyatı İntellektual İdarəetmə Mərkəzinin sözçüsü Nuridə Allahyarova deyir ki, bəzi dayancaqlarda belə lövhələrin işləməməsinin səbəbi həmin ərazilərə yaxın yerlərdə tikinti aparılarkən kabellərə ziyan vurulmasıdır. Üstəlik marşrut xətlərində baş verən dəyişiklikləri qısa zamanda sistemə daxil etmək mümkün olmadığından onları sistemdə düzgün işləmir. Hazırda sistemdə yenidən təmir işləri aparılır və dəyişiklik baş vermiş xətlə sistemə əlavə edilir. Onun sözlərinə görə, avqustun sonundan etibarən vətəndaşlar bu lövhələrdən istifadə edə biləcəklər.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dayanacaqlardakı baxımsız monitorlar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.