Cəmiyyət

Bu yolda yük maşınları hərəkətə mane olur - VİDEO

27 İyun 2016 23:21
0 Şərh     Baxış: 3 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötmə əməliyyatı qadağan olunduğundan qabaqda yavaş sürətlə gedən avtomobili keçmək mümkün olmur. Nəticədə sürücülər ya xeyli vaxt itirir, ya da bu şəkildə qaydanı pozurlar. Bu mənzərəyə Bakı-Şamaxı yolunda günün istənilən vaxtında rast gəlmək olar.

Həmin yolda tikinti işləri getdikdən yük maşınlarının sayı da çoxdur. Yəni bu yolu gedən hər sürücü demək olar ki, problemdən əziyyət çəkir.

Ərazidə tikinti işləri aparan "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sözçüsü Anar Nəcəfli isə bildirir ki, yolda nişanların qoyulması, o cümlədən xəttin çəkilməsi Dövlət Yol Polisi ilə razılaşdırılmış şəkildə həyata keçirilir. Mümkün olan bütün  yerlərdə  qırıq  xətlər çəkilib, habelə yol genişləndirilib. Xəttin bütöv olduğu yerlərdə isə görüş məsafəsi yetərincə deyil, yəni qəza riski böyükdür. Bu yol əvvəlcədən iki zolaqlı olub və hazırda ikinci yol çəkilir. Burada ikitərəfli 4 zolaqlı yolun inşası başa çatandan sonra problem birdəfəlik həll olunacaq. İnşaat işləri isə bu ilin sonunda başa çatacaq.

Amma problem müvəqqəti olsa belə, həll yolu var.

Ekspert Ərşad Hüseynov deyir ki, qanunvericilikdə bununla bağlı məsuliyyət həmin karvanlara səbəb olan yük avtomobilinin sürücüsünün üzərinə qoyulur. Belə ki, ötmənin qadağan olunduğu yerlərdə digər nəqliyyat vasitələrini yubatmamaq üçün yol çiyninə çəkilərək bir neçə saniyyə dayanmalı və digər avtomobillərin keçməsinə şərait yaratmalıdır. Amma əksər yük maşını sürücülərinin bundan xəbəri yoxdur.

İnzaibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə görə, belə vəziyyətlərdə digər nəqliyyat vasitələrinə yol verməyən sürücülər üçün 40 manat cərimə nəzərdə tutulub. "Ötmə qadağandır" nişanının tələbinə məhəl qoymayan sürücülərin cəriməsi isə daha ağırdı - 3 cərimə balı və 60 manat cərimə.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bu yolda yük maşınları hərəkətə mane olur

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.