Cəmiyyət

Evdə vanna köpüyünü necə hazırlamalı?

28 İyun 2016 23:50
5 Şərh     Baxış: 2 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az immunitet.az-a istinadən ev şəraitində vanna köpüüyünün hazırlanma reseptini təqdir edir
- 110 qram qabartma tozu
- 55 qram qarğıdalı nişastası
- 55 qram limon duzu
- 55 qram ingilis duzu
- 1/2 çay qaşığı su
- 1 çay qaşığı esensial yağ
- 1/4 çay qaşığı Hindistan qozu yağı
- 1-2 damcı qida boyası.
Dərin bir qabın içərisinə köpüyü hazırlamaq üçün lazım olan quru maddələri töküb, yaxşıca qarışdırmaq lazımdır. Başqa bir qabda sulu maddələr bir-birinə qarışdırılır. Hind qozu yağı digər maddələrə rahat qarışsın deyə bir az isidilir. Sulu maddələri digər qabda olan quru qarışımın üzərinə əlavə edib yaxşı-yaxşı qarışdırılır. Sonra qarışımdan bir ovuc ələ alınıb yuvarlaq şəklə salınır. Əgər çox bərk olarsa bir az su qatmaq olar. Vanna köpüyünü şəkilləndirmək istəyirsinizsə, onu qəlibə salmaq olar. Tam quruyandan sonra köpüyü qəlibdən çıxartmaq lazımdır. Qəlibdən çıxardıqda qoparsa yenidən isladıb yapışdırmaq olar.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.