Cəmiyyət

Günah öz ardınca günah gətirər

28 İyun 2016 23:10
3 Şərh     Baxış: 2 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu aləm - Allahın xəlqidir və burada günah etmək Allahın hüzurunda günah etmək deməkdir. Allah Təala Quranda yatmış insanlara buyurur: "Məgər bilmir ki, Allah (onun bütün əməllərini)görür?!". ("Ələq" 14).

İnsan əgər bu həqiqəti dərk edə bilərsə, o zaman günah və xatadan uzaq olmağa çalışar. Çünki abrının getməsini istəməz. Düzdür, Allah Səttarul-uyubdur, insanın abrını aparmaz. Ancaq Allahın yanında da abrının getməsi insanı narahat etməlidir.

Günahın qarşısını almaq üçün ilk addımda cisminin giriş qapılarını bağlamaq lazımdır.

Bu giriş həm yediyimiz yeməklərə aiddir və həm də beş hiss orqanı ilə qəbul etdiyimiz məlumatlara.

Haram mal yemək günaha düçar olmağı daha asan edir. Haram tikə günahın zəminələrini hazır edər. İmam Hüseyn (ə) Aşura günü düşmənin azgınlığının əsil səbəbini haram tikədə görmüşdü.

Bədənin giriş qapılarından biri göz və biri də qulaqdır. İnsan haram baxışlardan və haram sözləri eşitməkdən çəkinməlidir. Ona görə də deyə bilərik ki, ilk addımda görə biləcəyimiz iş budur ki, giriş qapılarını bağlı saxlayaq və ona nəzarət edək.

Günah öz ardınca günah gətirər.

İnsanın düçar olduğu hər bir günah, başqa günah üçün zəminələr hazır edər. O yerə qədər ki, günah etmək adət halını alar. Ona görə də səğirə günahları kiçik hesab etmək olmaz. Çünki kəbirə günahlar üçün insana cürət verər.

Bir günahı tərk etmək başqasının tərk etmək üçün zəminə hazır edər.

O zaman ki, insan Allaha tərəf bir addım atar, Allah ona tərəf on addım atar. İnsan əgər bir günahı tərk edərsə, o biri günahları tərk etmək onun üçün asan olar. Günahı tərk etməkdə bizə yardım edən amillərdən biri - namazı vaxtında qılmaqdır. "Çünki, namaz (insanı) böyük günahlardan,(şəriətdə və əqldədə) xoşagəlməz hallardan çəkindirir". ("Ənkəbut" 45).

İmam Zaman ağa (ə.f) buyurur: "Heç bir şey namaz kimi şeytanın burnunu yerə sürtməz". Yəni, namaz bizə şeytandan və günahdan uzaq olmağa yardım edər.

Günah fikrini tərk etmək.

Günahın fikri öz ardınca günah gətirər. Allah günah fikrini yazmaz, ancaq yaxşı əməllər fikrini yazar. Bəzi günahlar ona görə rahat şəkildə yerinə yetirilir ki, onun haqqında dəfələrlə düşünülmüşdür. Əgər günah fikri sorağımıza gələrsə, istiğfar edək və əgər ondan xilas ola bilməsək, o zaman 2 rükət namaz qılaq və Məsumlardan (ə) birinə hədiyyə edək.

Ölümü yada salmaq.

Günahı tərk etməkdə ən çox təsirli yollardan biri də ölümü yada salmaqdır. Əmirəl-möminin (ə) buyurur: "(Ölümü -) ləzzətləri aradan aparanı, şəhvəti acı edəni, ayrılığa dəvət edəni yada salın".

Dünyapərəst insanlarla yoldaş olmaqdan çəkinmək.

Allah Təala Quranda buyurur: "Buna görə də Bizi yad etməkdən (və Bizim Qur'anımızdan) üz döndərən və yalnız bu dünya həyatını istəyən kəs(lər)dən üz döndər (və onlarla mübahisə etmə)". ("Nəcm" 29).

Həzrət Peyğəmbərə (s) çoxlu salavat göndərmək.

Həzrət Peyğəmbər (s) buyurur: "Mən Qiyamət günü əməl tərəzisinin yanında olacağam. Hər kimin günahı həsənələrindən çox olarsa, mənə göndərdiyi salavatları gətirərəm və həsənələrinə əlavə edərəm ki, günahlarından çox olsun".

Quran tilavət etmək.

İmam Sadiq (ə) buyurur: "Qiyamət günü üç dəftər olar. O dəftər ki, orada nemətlər qeyd olunub. O dəftər ki, orada həsənələr qeyd olunub. O dəftər ki, orada günahlar qeyd olunub. Həsənə və nemət dəftərini qarşı-qarşıya gətirərlər və nemətlər bütün həsənələri əhatə edər. Günah dəftəri qalar. Mömin insanı hesab üçün çağırarlar və Quran ən gözəl şəkildə onun yanına gələr və deyər: "Pərvərdigara! Mən Quranam! Bu, Sənin mömin bəndəndir ki, özünü məni oxumaq üçün əziyyətə salmışdır. Gecəsini məni təmrin etmək üçün uzun etmiş, gecə namazı ilə məşğul olan zaman göz yaşı axıtmışdır. Onu razı et necə ki, məni razı etdi". Əziz və Cəbbar olan Allah buyurar: "Ey Mənim bəndəm! Sağ əlini aç". Allah sağ əlini Əziz Cəbbar rizvanı ilə doldurar, sol əlini isə İlahi rəhmətlə. Sonra ona deyilər: "Bu behişt sənin üçün mübahdır. Oxu və yuxarı qalx". Ayə oxuyan kimi dərəcəsi yüksələr".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.