Cəmiyyət

Başqa dində olan şəxsin İslamı qəbul etməsi üçün nə etmək lazımdır?

28 İyun 2016 23:45
1 Şərh     Baxış: 1 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az islam.az-a istinadən bildirir ki, İslama gəlmək üçün hər şeydən öncə İslam dininin əqidə əsaslarına iman gətirmək lazımdır, yəni Allahın vahidliyini, Həzrət Mühəmmədin (s) peyğəmbərliyini, ölümdən sonrakı dirilişin və axirət həyatının mövcudluğunu təsdiq etmək tələb olunur. İman gətirmək qəlblə bağlı olan məsələdir, bunu yalnız Allah bilər. Yəni bir kəsin həqiqətən yoxsa yalandan, səmimi olaraq yoxsa riyakarlıqla iman gətirdiyini dəqiq şəkildə yalnız Allah bilir. Lakin imanı dil ilə təsdiq edəndən sonra sair müsəlmanlar o insana müsəlman kimi baxmalıdırlar. Dillə təsdiq kəlmeyi-şəhadəti söyləməkdən ibarətdir. Kəlmeyi-şəhadəti dilə gətirdikdən sonra həmin adam müsəlmanlarla eyni hüquqlara malik olur. Çox zaman İslama gəlmək istəyən şəxs kəlmeyi-şəhadəti şahidlərin yanında (məsciddə və ya başqa kütləvi yerdə) söyləyib müsəlman olduğunu elan edir.

İslama yeni gəlmiş şəxsin bir dəfə qüsl alması da məsləhətdir ki, öhdəsindəki qüslə səbəb olan hallar aradan qalxsın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.