Cəmiyyət

Tullantılardan sənət əsərləri yaradır - VİDEO - FOTO

27 İyun 2016 14:50
2 Şərh     Baxış: 3 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hər bir tullantıdan nə isə düzəltmək mümkündür".

Bəzən yararsız bildiyimiz tullantılardan maraqlı əl işləri yaratmaq da olur. Köhnəlmiş təkərlərə yeni həyat verən qəhrəmanımız kimi.

52 yaşlı siyəzənli mühəndisin yaratdığı əl işləri hər kəsin marağına səbəb olur. Onun düşüncəsinə görə, ideya olduqdan sonra tullantı deyilən nəsə yoxdur: "Hər bir tullantıdan nə isə düzəltmək mümkündür. Sadəcə bir az fikirləşmək lazımdır. Həmişə fikir verirdim ki, bayram günlərində bu təkərləri yandırırlar. Ətraf mühit korlanır. Fikirləşirdim ki, bundan nə isə bir gözəllik əmələ gəlsin. O vaxtdan da bu işlə məşğul olmağa başladım. Əvvəlcə qu quşu, daha sonra flaminqo və timsah fiqurları düzəltdim".

Söhbət 3 ildir köhnə təkərlərdən maraqlı əl işləri düzəldən Siyəzən rayon sakini Cavid Yəhyayevdən gedir. İxtisasca neft mühəndisi olan Cavid Yəhyayevin belə fiqurları düzəltməkdə məqsədi təbiəti artıq tullantılardan təmizləməkdir.

Cavid Yəhyayevin kolleksiyasında 40-dan çox müxtəlif fiqur var. Onun sözlərinə görə, bu sənəti öyrənmək istəyənlər az deyil. Lakin əksəriyyəti  çətinlikləri gördükdən sonra geri çəkilir.

Cavid Yəhyayevin sözlərinə görə, təkərlərdən düzəltdiyi əşyalar üçün müraciət edən xeyli müştəri var. Təkərdən hazırlanan əşyalardan bağ evlərində, uşaq bağçalarında da istifadə etmək olar. Bu əşyalar yumşaq olduğuna görə körpələr üçün tam təhlükəsizdir.

Videonu izləmək üçün şəklə klikləyin:

Tullantılardan sənət əsərləri yaradır

Region TV

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.