Cəmiyyət

Bakıda 30 yaşlı qadını döydülər

26 İyun 2016 23:37
7 Şərh     Baxış: 2 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı sakini üzləşdiyi xuliqanlıq əməli ilə bağlı polisə müraciət edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Şərifova Kristina Mamed qızı ərizə ilə müraciət edərək bildirib ki, Mətbuat prospekti 2A ünvanında Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Qasımov Samir Əli oğlu onu döyüb. 30 yaşlı qadın bildirib ki, S.Qasımov xuliqanlıq zəminində onun qarnına yumruqla vurub.

Şikayətçi həmin şəxsi haradan tanıdığını və davanın hansı səbəbdən baş verdiyini qeyd etməyib.

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.