Cəmiyyət

Masallıda avtomobil 76 yaşlı qadını vurdu

26 İyun 2016 22:19
2 Şərh     Baxış: 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallıda ağır yol-nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 26-da axşam saatlarında rayonun Bədəlan kəndi ərazisində qeydə alınıb.

"VAZ-2106" markalı minik avtomobili yolu keçmək istəyən kənd sakini, 1940-cı il təvəllüdlü Gülçöhrə Məşədi qızı Fəttayevanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan G.Fəttayeva dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərilib, lakin yaxınlarının təkidi ilə Bakıdakı xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.