Cəmiyyət

Tovuzda iki yol qəzası:xəsarət alanlar var

25 İyun 2016 23:38
0 Şərh     Baxış: 1 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuzda iki yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Yuxarı Öysüzlü kəndi ərazisində piyadavurma hadisəsi qeydə alınıb. "VAZ" markallı avtomobil yolu keçmək istəyən 1938-ci il təvəllüdlü Xankişi Məmmədovu vurub. O dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Kəllə beyin travması və sağ baldırın sınığı xəsarəti alan X. Məmmədovun vəziyyəti ağır qiymətləndirilir.

Başqa bir yol nəqliyyat qəzası isə rayonun İbrahim Hacılı kəndinə gedən yolda qeydə alınıb.
 
"VAZ 2107" ilə "QAZ 24" markalı avtomobilin toqquşması nəticəsində Şəmkir rayon sakini 1975-ci il təvəllüdlü Südabə Qasımova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Hər iki fakt üzrə Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.