Cəmiyyət

Bağçalara qəbulda şəffaflığa əməl edilirmi? - VİDEO

25 İyun 2016 21:12
6 Şərh     Baxış: 1 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Xəzər rayonunda yaşayan Kazım Musayev 2 ildir uşaqlarını bağçaya yazdıra bilmir. Yaşadığı əraziyə yaxın 4 uşaq bağçası olsa da uşaqlarını aparanda hamısından eyni cavabı eşidib.

Şikayətçinin sözlərinə görə, ona bu şəkildə rədd cavabı verilsə də daha sonra müraciət edən qonşularının övladları həmin bağçalara qəbul olunub.

Son günlərdə bənzər hallarla bağlı müraciətləri nəzərə alaraq Xəzər rayonunda yerləşən baxçalardan bir necəsinə baş çəkdik.

289 saylı baxçanın tərbiyəçilərdən biri bizi qarşılasa da, müdirə Təranə Zeynalovanın burda olmadığını bildirdi və bizi uzaqlaşdırdı.

246 nömrəli baxça müdirəsi Xalidə Əkbərova isə bildirdi ki, müəssisədə 210 uşaq var və boş yerləri yoxdur. Baxçaya uşaqları növbəli şəkildə götürdüklərini deyən müdirənin sözlərinə görə, hazırda 198 uşaq növbəyə qeyd edilib.

Xəzər rayon İcra Hakimiyyətinin şöbə müdiri  Gülbala Qurbanov isə deyir ki, tabeliklərindəki bağçalarda uşaq sıxlığı yaşanır və buna görə də yer yoxdur. Rayon ərazisində bu yaxınlarda yeni 144 nömrəli bağça istifadəyə veriləcək ki, sıxlıq az da olsa azalsın.

Bənzər vəziyyəti Bakıda dövlət tabeliyindəki bütün bağçalarda görmək mümkündür. Məsələnin əsasında duran əsas problem isə növbəlilik prinsipindəki obyektivliyə inaım olmamasıdır.

Ekspertlər bənzər problemlərin yaşanmaması üçün bağçaların da məktəblərdəki kimi mərkəzi elektron qayda ilə qəbula keçməsini təklif edir. Onların fikrincə, yalnız bu şəkildə bağça direktorlarından asılı növbəlik prinsipinin sui-istifadə hallarının və valideynlərin narazılıqlarının qarşısını almaq olar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bağçalara qəbulda şəffaflığa əməl edilirmi?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.