Cəmiyyət

Ağdaşda əhali qorxu içində, polis isə araşdırmalara başlayıb - VİDEO

25 İyun 2016 21:11
28 Şərh     Baxış: 12 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20 günə yaxındır ki, Ağdaşda kəndlərin birində qəribə hadisə yaşanır. Kənd sakinləri iddia edirlər ki, gecə olan kimi həyətlərdə qəribə insanlar peyda olur. Saqqallı və qara paltarli bu şəxslər həyətlərdə oturub sadəcə ətrafi müşahidə edirlər. Kimisə görən kimi qaçaraq yoxa çıxırlar. Artıq bu söz-söhbət əməlli-başlı böyüdüyündən polis əməkdaşları vəziyyəti nəzarətə götürüblər.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, qadın və uşaqlar hava qaralan kimi həyətə çıxmağa belə qorxurlar.

Kim olduqları bilinməyən insanlar qəribə geyimlərdə həyətlərə girir, gozə görünüb yoxa çıxırlar.

Söhbət Ağdaş rayonunun Qoşaqovaq kəndindən gedir. Kənddə qəribə hadisələr baş verir. İnsanların təşvişə düşməsinə səbəb son 20 gündə kənddə qəribə insanların peyda olmasıdır. Həmin şəxslər həyətlərə girərək sanki nə isə axtarırlar. Sakinlər iddia edirlər ki, qara geyimdə olan şəxslər həyətlərə girərək oturur, sadəcə ətrafa baxırlar. Hər hansı birini görən kimi isə qaçıb yoxa çıxırlar.

Kənd sakinlərində o qədər qorxu yaranıb ki, həmin adamların 3 metrdən artıq boyunun və uzun saqqallının olması barədə söz-söhbətlər gəzir.

Qoşaqovaq kənd bələdiyyəsinin sədri Xəlil Xəlilov deyir ki, sakinlərin gözünə görünən bu insan təhlükəsiz olsa da, əhalini qorxu içərisində saxlayır. Bələdiyyə sədrinin sözlərinə görə, indiyə qədər heç kimə xəsarət yetirilməyib və heç kimin evindən oğurluq edilməyib. Məsələ ilə bağlı Ağdaş Rayon Polis şöbəsinə də məlumat verilib. Polis əməkdaşları kəndə baxış keçirib, lakin heç bir qəribəlik aşkar edə bilməyib. Şöbədən bildirilib ki, müraciətlər əsasında ətraflı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ağdaşda əhali qorxu içində, polis isə araşdırmalara başlayıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.