Cəmiyyət

Azərbaycanda faciə: arvadını, qaynatasını, qaynanasını güllələdi - İNTİHAR ETDİ - VİDEO - FOTO

25 İyun 2016 20:35
38 Şərh     Baxış: 8 341
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağcabədidə kişi arvadı, qayınanası və qayınatasını qətlə yetirərək, intihar edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ağcabədidə Xocavənd sakini Quliyev Ələsgər Əşrəf oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə arvadı Ayfan Səfərova, qaynanası Nazilə Səfərova və  qayınatası Ənvər Səfərovu güllələyərək qətlə yetirib. Hadisə Quliyev Ələsgər Əşrəf oğlunun qayınatasının evində baş verib. Quliyev Ələsgər Əşrəf oğlu hadisəni törətdikdən sonra qəbiristanlıq yaxınlığında intihar edib.
 
Qətlə yetirilən Səfərov Ənvər, Səfərova Nazilə və  Səfərova Ayfan Ağdam rayonu Mərzili kənd sakinləridir, Ağcabədi rayon ərazisində məskunlasıblar. Quliyev Ələsgər Əşrəf oğlu isə Beyləqanda məskunlaşmış Xocavənd sakinidir.
 
Şahidlərin sözlərinə  görə, hadisəni törədən şəxs ərazidən qaçmağa çalışıb, lakin, ərazinin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alındığını görərək, özünə atəş açaraq intihar edib.  

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda faciə: arvadını, qaynatasını, qaynanasını güllələdi - İNTİHAR ETDİ

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.