Cəmiyyət

İtalyanlar Azərbaycandan nələr dedilər? - VİDEO

25 İyun 2016 17:08
0 Şərh     Baxış: 2 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 19-da Bakıda keçirilmiş "Formula 1" yarışmasının İtaliyanın ən nüfuzlu televiziya kanalı olan RAI 1-də canlı yayımı çərçivəsində Azərbaycanın italyan turistlər üçün yeni turizm istiqaməti kimi təşviqi ilə əlaqədar reportajlar yayımlanıb.

Azərbaycanın İtaliyadakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, reportajlarda ölkəmizin tarixi-mədəni irsi, xalçaçılıq ənənələri, habelə Bakı şəhərinin memarlığı, şəhərin görməli yerləri, o cümlədən Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Alov Qüllələri barədə məlumatlar verilib.

Bundan əlavə, məlumatlarda habelə Azərbayanın neft sənayesi tarixi, ölkəmizin son illərdəki inkişafı, beynəlxalq idman tədbirlərinin təşkilatçısı olmasından da söhbət açılıb.

Eləcə də canlı yayım vaxtı Azərbaycanın milli musiqi alətləri və muğam musiqi sənəti barədə təqdim edilmiş ayrıca reportajda Azərbaycanın əməkdar artisti Fehruz Məmmədov, "Qarabağ" xalq çalğı alətləri ansamblının musiqi rəhbəri, əməkdar artist Əliağa Sədiyev və kaman ustası Xəyyam Məmmədovun ifasında Azərbaycan muğam kompozisiyası səsləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.