Cəmiyyət

Qan dövranını yaxşılaşdırmanın bir neçə üsulu

25 İyun 2016 23:20
9 Şərh     Baxış: 5 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qan dövranında problem olarsa, buna diqqət etməmək mümkün deyil. Təzyiqin düşməsi, yorğunluq, təngnəfəslik, soyuq əllər və ayaqlar - qan dövranının pozulmasının aşkar əlamətləridir. Qan dövranının belə dayanması hipertoniya, damarlarda varikoz genişlənməsi və gözlərin altında tünd kölgələrin əmələ gəlməsi ilə nəticələnir. Bundan əlavə zəif qan dövranı - ürək çatışmazlığını yaradan amillərdən biridir.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, sağlamlıqla bağlı ciddi problemlərdən uzaq olmaq və ürəyin işini yaxşılaşdırmaq üçün bir neçə təbii üsullardan istifadə etməyiniz vacibdir.

QAN DÖVRANINI NECƏ YAXŞILAŞDIRMAQ?

1. Ədviyyatlardan istifadə edin.

Rasionunuza ədviyyatları əlavə etmək sağlamlığınızın qeydinə qalmaq deməkdir. Qırmızı bibər (çili), qara istiot, ətirli rozmarin, kəklikotu, darçın və hətta sarımsaq qan dövranını aktivləşdirən ədviyyatlardır. Maddələr mübadiləsinin yaxşılaşmasında və cavanlığı qorumaq üçün bu ədviyyatlar faydalıdır.

2. Pilləkənlərdən istifadə edin.

Bu varikozla mübarizədə çox faydalıdır. Lift istifadəsindən imtina edərək siz qan damarlrınızın divarını möhkəmləndirərək ürəyinizidə məşq elətdirmiş olursunuz.

3. Dartının.

Əgər siz kompyuter arxasında çox vaxt keçirirsinizsə o zaman ən az bir saatdan bir qalxın və dartınmağa çalışın. Oksigen çatışmazlığı qan dövranının zəifləməsinə gətirib çıxarır, lakin belə dartınmalar sayəsində bu xoşagəlməz situasiyanı aradan qaldırmaq olar.

4. Siqaret çəkməkdən imtina edin.

Nikotin orqanizmdən yalnızca vitamin C-ni xaric etmir. Bu zərərli maddə birbaşa ürəyə də təsir edir. Siqaret çəkməkdən imtina etsəniz bir neçə gün ərzində səhhətinizdəki dəyişiklikləri hiss edəcəksiniz.

5. Masajla dincəlin

Masaj orqanizmdə qanı oynadır və qan dövranının zəifləməsinin qarşısını alır. Əl və ayaqlarınız soyuduğu zaman özünüz masaj etdikdə effektini həmən hiss edəcəksiniz.

6. Düzgün vəziyyətdə istirahət.

Qan dövranını yaxşılaşdırmaq üçün uzanan zaman ayaqlarınızı baş səviyyəsindən hündürdə saxlayın. Heç olmasa gün ərzindı 15 dəqiqə döşəmədə uzanaraq ayaqlarınızı divanın üstünə qoyun.

7. Çeşidli yeməklərlə qidalanın.

Qida rasionunuza balqabaq və günəbaxan toxumu, avokado, xurma, daha çox təzə göyərti və meyvə əlavə edin. Bundan əlavə qan dövranının fəaliyyəti üçün tünd şokolad çox faydalıdır.

8. Duş qəbulu

Duş qəbulu sadəcə gümrahlıq vermir. O eləcə də, sağlıqla bağlı bir çox problemləridə aradan qaldırır. İsti vannadan sonra sərin duş almağı unutmayın, bununla iflicin qarşısını 30% ala biləcəksiniz.

9. Çoxlu hərəkət edin.

Ürək əzələlərini və qan hərəkətini yaxşılaşdırmaq üçün bacardıqca aktiv olmaq lazımdır. Sübut olunmuşdur ki, velosipeddən istifadə etmək ürək xəstəliklərinin qarşısını almaqda çox müsbət təsir göstərir.

10. Rahat ayaqqabılardan istifadə edin.

Çalışan qədər ayaqyalın gəzin və ya elə bir ayaqqabıdan istifadə edin ki, ayaqqabısız olan komfortluluğu hiss edə biləsiniz.

11. İsti (iliq) su için.

Soyuq su qan damarlarını daraldır. Hər gün kifayət qədər isti (iliq) su içməyə çalışın, bu sizin ürəyiniz üçün əvəzolunmaz xidmət olacaq.

Dostlarınıza, yaxınlarınıza can sağlığı arzu edərək bu məlumatı onlarla da paylaşın!

Milli.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.