Cəmiyyət

Ziyil kimi bilnən qorxulu bəla

25 İyun 2016 21:20
3 Şərh     Baxış: 3 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Papillomavirus infeksiyalarının törədicisi olan insan papillomavirusu cinsiyyət uzvlərinin şiş xəstəliklərinin səbəbi hesab olunur. Milli.Az immunitet.az-a istinadən bildirir ki, bu xəstəliyin adı əvvəllər həkimlərə kondilomalar cinsi ziyillər adı ilə məlum idi. Klinikası aşağıdakılardır:

Morfoloji baxımdan 3 növü ayırd edilir. 

- itiulu kondiloma

- papilyar kandiloma

- yastı kandiloma

- giqant Buşke-Lyovenşteyn kondilomasi

Diaqnostikası:

Aydın şəkildə kondilomanın aşkar olunması zamanı papillomavirus infeksiyasının diaqnozu çətinlik törətmir. Yastı kandilomanın kolposkopik mənzərəsi intraepitelial karsinomaya oxşardır.

Müalicə:

Müalicə prosesin xarakterindən və yanaşı xəstəliklərin nəzərə alınmasına uyğun olaraq aparılır. Eyni vaxtda kolpit, servisit, uşaqlıq boynu eroziyası və digər xəstəliklərin müalicəsi mümkündür. Anogenital kondilomaların müalicəsində istifadə olunan metodlar aşağıdakı qruplara bölünür:

*Sitotoksiki preparatların tətbiqi - podofillin, podofillotoksin, 5-ftorurasil.

*Destruktiv metodlar - fiziki, kimyəvi.

*Immunoloji metodlar.

Kombinəedilmiş metodlar - müxtəlif müalicə metodlarının birgə aparılması.

Milli.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.