Cəmiyyət

Fəqir kimə deyilir?

25 İyun 2016 19:15
0 Şərh     Baxış: 1 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az islam.az-a istinadən bildirir ki, fəqir ərəb dilində "yoxsul, kasıb, möhtac" deməkdir. Fəqr (fəqirlik) anlayışı dini ədəbiyyatda bir neçə mənada işlədilir. Mənaların birinə görə, bütün insanlar fəqirdirlər, çünki Allah-təalanın mərhəmətinə möhtacdırlar. Yalnız Allah qənidir (zəngindir, ehtiyacsızdır): "Allah zəngindir, siz isə yoxsulsunuz" (Mühəmməd, 38). Fəqirlik bəzən mənəvi kasadlıq mənasında işlədilsə də, daha çox maddi yoxsulluq mənasında anlaşılır. İslam şəriətində fəqir elə şəxsə deyilir ki, özünün və ailəsinin bir illik dolanışıq xərcınə sahib deyil və bu məbləği qazanmaq imkanından da məhrumdur. Belə insana maddi yardım göstərmək qalan müsəlmanların vəzıfəsidir. Şəriətdə vacib buyurulan ehsanat (zəkat, fitrə zəkatı, fidyə, kəffarə), həmçınin, sədəqə bu cür şəxslərə ünvanlanır.

Fəqirə yardım göstərmək İslamda çox böyük savab sayılır. Əksinə, fəqirə təhqir gözü ilə baxmaq, kasıblığına görə onu alçaltmaq, könlünü qırmaq böyük günahdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.