Cəmiyyət

Azərbaycanda xəstəxanada daha bir dəhşət: uşaq faciəli şəkildə öldü, baş həkim qaçdı - VİDEO

24 İyun 2016 23:56
33 Şərh     Baxış: 16 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda xəstəxanada daha bir faciəli ölüm hadisəsi baş verib. Zaqatala rayon mərkəzi xəstəxanasında 6 aylıq uşaq həkim səhlənkarlığı ucbatından dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə anspress-ə xəstənin yaxınları məlumat verib.

Onların sözlərinə görə, uşağın vəziyyəti ağır olduğundan onu Bakıya gətirmək istəyiblər. Lakin həkimlər deyib ki, özləri əməliyyat edəcəklər. Nəticədə uşaq dünyasını dəyişib.

Bundan sonra uşağın yaxınları ilə həkimlər arasında dava düşüb. Polis əməkdaşları xəstəxanadadır. Baş həkim və digər həkimlərin xəstəxanadan qaçdığı deyilir.

Zaqatala rayon mərkəzi xəstəxanasından ölüm faktını təsdiqləyiblər. Xəstəxanadan bildirilib ki, dünyasını dəyişən uşağın adı Səlim Laçınovdur.

"O iki gün əvvəl əməliyyat olunub. Uşaq bağırsaq keçirməzliyindən əziyyət çəkirdi. Əməliyyatdan sonra vəziyyəti ağır olaraq qalıb və bu gün dünyasını dəyişib", - deyə xəstəxanadan bildirilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda xəstəxanada daha bir dəhşət: Uşaq faciəli şəkildə öldü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.