Cəmiyyət

Göz önündə uçan ləkə BƏLASI

26 İyun 2016 20:10
3 Şərh     Baxış: 9 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göz önündə uçan ləkələr.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, bəzən yaşlı şəxslər göz önündə müxtəlif formalarda ( nöqtə və ya xətt şəklində) uçan ləkələr görür ki, bunlar da gözün vəziyyətindən asılı olaraq daima hərəkətdə olur. Bunun əsas səbəbi şüşəvari cismin tərkibindəki formalı elementlərin əksinin tor qişaya düşməsidir. Refraksiyası miopiyalı şəxslərdə onlar daha da aydın görünür. Müayinə zamanı şüşəvari cisimdə heç bir patologita görünmür. O, tam şəffaf vəziyyətdə olur.
Süşəvari cismin bulanması, müayinə zamanı bəbək kənarında çəhrayı fonda daima hərəkətdə olan qara ləkələr görünür. Bu ləkələr müxtəlif formalarda və ölçülərdə (pambıq hissəcikləri, müxtəlif xətlər və s. şəklində) ola bilər. Şüşəvarı cisimdə bu ləkələri törədən səbəblər müxtəlifdir. Çox vaxt iridosiklitlərdə, travmalar zamanı qansızmalar, qrip, hemofiliya və s. xəstəliklər zamanı şüşəvari cismin bulanmasına səbəb ola bilər. Bundan başqa bir çox infeksion xəstəliklərdən sonra da ( yatalaq, malyariya və s.) təsadüf olunur. Bu zaman xəstə göz önünüdə milçək uçmasından şikayatlənir, bu ləkələr çox olarsa görmə itiliyi də zəifləyir.

Müalicəsi:
Ləkələrin sorulması üçün sorucu dərmanlardan, yod preparatlarından, fizioterapiyadan istifadə olunur. Bundan əlavə qanköçürmə və toxuma müalicəsi də tətbiq etmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.