Cəmiyyət

Gəlmişəm qapına, ey, ən mehriban, ən əziz...

26 İyun 2016 21:45
77 Şərh     Baxış: 3 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qədr gecəsi mələklərin və ərş əhlinin yer üzünə qanad çaldığı gecədir. Ulduzlar tövbə edənlərin göz yaşlarını nur şəklində səmada əks etdirərlər. Allaha tərəf ehtiyac əlləri uzanar və İlahi rəhmət ətri hər yeri bürüyər. (Tebyan)
Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər ətrafımıza nəzər salsaq, görərik ki, hər yer Allahın rəhmət, mehribançılıq, eşq ətri ilə dolmuşdur. Hər yer İlahi aşiqlərin nalə səsləri ilə bürünər. Bu gecə əsən meh, həmişəki kimi deyildir. O da, nurani olmuşdur.
Allahım! Bu gecədə gözümüzü səmaya dikmişik. Səndən başqa yardımçımız və dadımıza yetən yoxdur. Səndən mehribançılıqdan başqa heç nə görməmişik. Ona görə də əlimizdən tut. Məni Öz yanına apar. Göz yaşlarım məni Sənə tərəf çəkir.
Ey mehriban! Bilirəm ki, Qədr gecəsini haqq yolunun aşiqləri üçün fürsət qərar vermisən. Mən gərək bu pilləkəndən yuxarı qalxmağa çalışım. Səmaya tərəf yol tapım. Gərək özümü əbədiyyətə yaxın edim. Mələklər kimi İmamın (ə.f) ətrafında fırlanım. Bu gecədə illər boyu itirdiyim mənliyimi tapım. Nuraniliyə tərəf hərəkət edim.
Gərək İlahi rəngə boyanım. Qədr gecəsi - gözəlliklər gecəsidir. Bu gecə mələklərlə yoldaş olaram. Tövbə və istiğfar gecəsidir. Bu gecə gözlərimdə yaş, qəlbimdə qəm, peşmançılıq, belimdə günah yükü ilə qapına gəlmişəm. Bu günah yükü belimə çox ağırlıq edir.
Gəlmişəm ki, həmişəki kimi ehtiyaclılığımı Sənin ehtiyacsızlığın ilə aradan qaldırım. Gəlmişəm ki, istiğfarı dənə-dənə sayım, gəlmişəm ki, rəhmət dənizində qərq olum.
Gəlmişəm qapına, ey ən Mehriban, ən Əziz, ən Sevimli! Bəndələrinin qonaqlığına məni də daxil et və günahlarımın bağışlanmasını ruzim qərar ver. Gəlmişəm ki, pak 14 nura görə və pak Kitabına görə Səndən bağışlanma istəyim. Bu mübarək Kitabını başıma qoyub, ona and verim. Məni özbaşına buraxma! Bu gecədə məni ən yaxşı dostlarınla yoldaş et. Məni Özündən ayırma ki, Sənsiz pərişan və biçarəyəm.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.