Cəmiyyət

​Azərbaycanda onlayn avtomobil hərracları keçiriləcək - VİDEO

24 İyun 2016 21:14
2 Şərh     Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol qəzası nəticəsində yararsız vəziyyətə düşən avtomobillər onlayn hərraca çıxarılacaq. Onlayn satışı üçün isə avtomobillər "auto onlayn" xidmətində yerləşdiriləcək. Bu nə vaxtdan baş tutacaq?

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, yararsız vəziyyətdə olan avtomobillərin onlayn satışı asanlaşacaq. Bu yeni proqram "auto onlayn" xidməti ilə mümkün olacaq. Bunun üçün sığorta şirkətləri öz balansında olan avtomobilləri həmin şirkətə təqdim edəcək. Daha sonra avtomobillər qiymətləndiriləcək və satışı üçün sayta yerləşdiriləcək

Ancaq bununla yanaşı, təkcə sığorta şirkətləri deyil, istənilən idarə, müəssisə və təşkilat köhnə avtomobilini, həmçinin fiziki şəxs sığorta hadisəsi qeydə alınmış avtomobilini onlayn hərraca çıxara biləcək. Qiymətə gəlincə isə, sığortaçı Daşdəmir Niftəliyev deyir ki, bunu bazar formalaşdıracaq. Maksimum 1 ilə yeni proqramının işə düşməsi ilə bu onlayn satış baş tutacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda onlayn avtomobil hərracları keçiriləcək

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.