Cəmiyyət

5 yaşlı qızın qeyri-adi bacarığı – VİDEO

24 İyun 2016 19:05
5 Şərh     Baxış: 6 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qobustan rayonunun Sündü kəndinin 5 yaşlı sakini öz coğrafi bilikləri ilə görənləri təəccübləndirir.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Məlikova Sevil İkram qızı məktəbə getməsə də, xəritədən yaxşı baş çıxarır.

Azərbaycan xəritəsində rayon və şəhərlərin yerlərini göstərməyi bacaran Sevil ümumdünya xəritəsində də bir sıra ölkələrin harda yerləşdiyini müəyyən etməyi bacarır. Gələcəkdə coğrafiya müəlliməsi olmaq arzusunda olan Sevil nəyinki ölkəmizin bayraqlarının anlamını bilir, hətta xarici ölkə bayraqlarını da bir-birindən ayıra bilir. Bilmədiyi tanımadığı bir ölkə var, o da Ermənistan.

Babası Ziya müəllim bildirir ki, Sevilə, sadəcə, hərifləri öyrədib. Xəritəni isə o, özü öyrənib. Evlərində bir neçə cür xəritə növləri var. Sevil xəritəni görən kimi saatlarla onun qabağında durur. Babasına ən çox verdiyi sual o olub ki, niyə Azərbaycan xəritəsində Dağlıq Qarabağ qara xətlə çəkilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

5 yaşlı qızın qeyri-adi bacarığı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.