Cəmiyyət

"Satqınlığı, yalanları məni ondan uzaqlaşdırdı" - FOTO

6 İyun 2016 15:29
2 Şərh     Baxış: 5 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

REGİON TV-də (KANAL S) yayımlanan "Ferma" realiti-şousu təkcə kənd həyatını tanıdan deyil, həm də iştirakçılarda bir çox müsbət vərdişləri yaradan, insanlarla ünsiyyətdə daha diqqətli olmağı öyrədən bir layihədir. 1 ilə yaxın "Ferma"da yaşayan keçmiş iştirakçı Namiq Hüseynzadə də bu fikirdədir. "Ferma"ya qədərki həyatında xaraktercə sərt və kobud olan Namiq verilişin onun həyatında etdiyi dəyişikliklərdən danışıb.

- Nə az, nə çox, düz 11 ay "Ferma"da iştirakçı oldum. Layihə həyatıma böyük təsir etdi. Məsələn, "Ferma"dan öncəki Namiq kobud səslənsə də deyim ki, səfil, yuxudan günorta qalxan biri idi. Amma "Ferma" məni 180 dərəcə müsbət mənada əksinə dəyişdi. Mən elə indi də verilişdən sonra evdə səhər saat 8-də yuxudan qalxıram. Elə bilirəm ki, yuxudan qalxmasam, verilişdəki zəngin səsini eşidəcəyəm. Ən əsası, insanlara yanaşma tərzini öyrəndim. Səbirli olmağı, insanı tanımağı, əməksevərliyi, əziyyətə dəyər verməyi başa düşdüm. Indi kənd təsərrüfatı ilə bağlı bütün işləri bilirəm.

- Səsvermə günü "Ferma"da bəzi iştirakçıları görmək istəmədiniz, hətta çəkiliş zamanı oranı tərk etmələrini xahiş etdiniz. Peşmanlıq hissi keçirirsiniz?

- Mən hər kəsə olanı demişəm və dediyim heç bir söz üçün peşmanlıq hissini yaşamıram.

- "Ferma"da bir zamanlar bəzi iştirakçıları uzaqlaşdırmaq üçün qrup yaratmışdınız. O qrupu, daha sonralar fermaçıları idarə edən əsas iştirakçı təəssüratını yaradırdınız. Bu fikirlə razısız?

- Bəli. Kənardan belə görünürdü və bu həqiqətən də belə idi. Onları mən idarə edirdim. Amma bunu mən "Ferma"da qazandığım hörmətlə etmişəm. İnsanla ünsiyyət tərzi var ki, bunu da mən yaxşı bacarırdım.

- "Ferma"ya ilk gəldiyiniz aylarda böyük tamaşaçı kütləsi qazanmışdınız. Amma son aylar bu rəğbət hissi bəzən antipatiya ilə əvəzlənirdi. Ola bilər ki, "Ferma"da hər kəsi idarə etmək istəyiniz tamaşaçı itkisinə  səbəb oldu?

- Bəli, əvvəllər böyük tamaşaçı ordusu qazanmışdım. Məncə, sonra onların sayı azalsa da, gedişimlə yenidən fikirləri dəyişdim. Əvvəlki Namiq ola bildim. Əslində elə həmin Namiqəm. Dediyim kimi, mənim bir ideyam olub: Getdiyin yerdən olduğun kimi qayıt! Məncə, bu belə də oldu.

- "Ferma"dan evinizə qayıdandan sonra ananızın ilk təəssüratları necə oldu?

- Anam məni görən kimi alnımdan öpüb: "Oğul, səninlə fəxr edirəm", - dedi. Anam mənimlə, mən də onunla fəxr edirəm.

- "Ferma"nı tərk etməyinizin əsas səbəblərindən biri elə ananızın səhhəti idi. Hazırda vəziyyəti necədir?

- Həyatda ən böyük varlığım olan ANAM! Hal-hazırda səhhəti ürəkaçan deyil. Amma ümid Allahdan kəsilməz. İnsanın əlindən hər şeyini ala bilərlər. Amma səbrini heç vaxt. Səbirlə Allahdan anamı mənə bağışlamağı üçün hər gün dua edirəm. Allah bütün anaların canını sağlam etsin.

- Nərminlə niyə yola getmirdiniz?

- Nərmini xanım olaraq qəbul etmirəm, etməyəcəyəm də. Bir xanımın söyüş söyməsini qəbul etmirəm. Mən qadını belə görmək istəmirəm.

- Bəs Səma? Əvvəl "Ferma"da sevgili oldunuz, sonra da ayrılıq... Səbəb nə idi?

- Səma çox mənəm-mənəm deyirdi, özündən razı idi. Hər kəsdən özünü ağıllı hesab edirdi. Və ən əsas səbəbləri satqınlığı, yalanları məni ondan uzaqlaşdırdı.

- "Ferma"dan sonra, yəqin ki, keçmiş iştirakçılarla əlaqə saxlayırsınız. Məsələn, Həmidə ilə münasibətləriniz davam edirmi?

- Əlbəttə, keçmiş iştirakçılarla əlaqəm var. Ramiləylə, Ülkərlə, Milayla, Fatiməylə, Günayla, Tatayla, Adellə, Elnurla, Pəpi, Emin, Vüsal, Fərid Cavadlı, Fərid İsaxlı, Səbuhi, Mahir... çoxdur. Hər biriylə əlaqə saxlayırıq, görüşürük. Həmidə ilə də əlaqəm var, amma dost olaraq. Sadəcə dost. Bu adlarını saydığım iştirakçılar hamısı yaxşı insanlardır. Onları çox istəyirəm. Biz həmişə bərabər olacağıq. Amma hamıya bizim yanımızda olmaq qismət olmayacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.