Cəmiyyət

Azərbaycanda qəribə adlar - VİDEO

31 May 2016 21:33
30 Şərh     Baxış: 4 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adsız, Gilənar, Ümküs, Adtıxan , Həkimə, Canım, Ömürsürə...

Bunlar Azərbaycanda son 5 ildə uşaqlara qoyulan adlardan bir neçəsidir. Uşaqlarını ömür boyu meyvə-tərəvəz, rayon, peşə, irq və fənn adları, hiss və həyəcanlarını ifadə edən sözlər, hətta iki sözü yarımçıq birləşdirib çağıranlar da az deyil.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, sosioloq Rafael Həsənov belə adları ömürlük yük hesab edir.

Terminologiya Komissiyasının sədr müavini Səyalı Sadıqova deyir ki, valideynlər ad seçimində azad olsalar da, belə adların qoyulmasına icazə verilmir. Bunun qarşısını almaq üçün şəxs adlarının izahlı lüğəti də tərtib olunub.

Övladlarına bu cür ad verən valideynlər olsa da, bu, böyük əksəriyyət tərəfindən  birmənalı şəkildə bəyənilmir.

Müşahidələr göstərir ki, bəzən valideynlər özləri uşaqlarına qoyduqları  ada görə sonradan peşman olur. Hətta məhkəməyə müraciət edib dəyişdirməyə çalışanlar da var. Bu isə ad qoyarkən övladlarının gələcəyini nəzərə almağı, onu utandıracaq hala salmamağı vacib edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda qəribə adlar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.