Cəmiyyət

Abşeronda bu çimərliklər yasaqlandı - SİYAHI - VİDEO

31 May 2016 21:14
1 Şərh     Baxış: 1 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gigiyena və Epidemologiya Mərkəzinin çimərliklərdə birgə  keçirdikləri monitorinqin nəticələri açıqlandı.

Gigiyena və Epidemologiya Mərkəzinin  şöbə müdiri  Ziyəddin Kazımovun  sözlərinə görə, qadağan edilən yerdə çimənlərin  mədə-bağırsaq xəstəliklərinə yoluxma riski daha yüksəkdir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, qadağan edilən ərazilərə ''Çimmək qadağandır'' lövhələrinin vurulması ilə bağlı  Mərkəz aidiyyatı qurumlara məktub da ünvanlayıb.

Məlumat üçün bildirək ki, çimərlik kimi istifadəsi qadağan edilən ərazilərdə Fövqəladə Hallar Nazirliyinin Dalğıc-Xilasediciləri də xidmət aparmır. Ona görə də, həmin ərazilərə çimmək üçün gedən şəxslərin batma risqi daha da yüksəkdir. Buna görə də vətəndaşlara diqqətli olmaq tövsiyyə edilir.

Bilgəh, Buzovna, Mərdəkan,Pirşağı qəsəbələrinin, eləcədə Novxanı və Corat bağlarının sahil zolağındakı çimərliklər isə  istifadəyə yararlıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Abşeronda bu çimərliklər yasaqlandı - SİYAHI

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.