Cəmiyyət

Avtobuslarda reklamlar: məsuliyyətsizlik təhlükəyə yol açır - VİDEO

30 May 2016 22:30
0 Şərh     Baxış: 1 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtobusun arxa hissəsi müxtəlif məhsulları və xidmətləri reklam edən lövhələrlə örtülüb. Nəqliyyat vasitələrinin arxa hissəsinə reklam yerləşdirmək qadağan edilsə də, bəzi marşrut avtobuslarında buna əməl edilmir.

Bu il fevralın 18-də Nazirlər Kabineti tərəfindən "Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi Normaları" təsdiq edilib.

Lakin 20, 40 və 96 saylı xətt üzrə hərəkət edən marşrut avtobuslarında bu qaydalara əməl olunmur. Həmin avtobusların arxa hissəsi tamamilə reklam lövhələrinə bürünüb.

Xəyal Bəşirovun sözlərinə görə, nəqliyyat vasitələrinin arxa hissəsinə reklam yerləşdirən şəxslər inzibati məsuliyyətə cəlb oluna bilərlər.

Məsələyə marşrut xətlərinin rəsmilərinin də münasibətini öyrəndik. Onlardan bəziləri avtobusların sayının çoxluğunu nəzərə alaraq hissə - hissə reklamların sökülüb  maşınların yenidən boyandığını dedilər. Bir qisim xətt sahibi isə bildirdi ki, onlara bu barədə xəbərdarlıq olunub, lakin reklamı verən şirkətlə bağladıqları müqavilənin vaxtının bitməsini gözləyirlər. Yaxın günlərdə həmin lövhələr söküləcək.

Ekspertlər deyir ki, istənilən halda heç bir reklam müqaviləsi qanundan üstün ola bilməz. Yəni reklam qadağa qüvvəyə mindyi gündən sökülməlidir. Reklam müqaviləsinə isə tərəflər öz aralarındakı razılaşma ilə xitam verə bilər.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Avtobuslarda reklamlar: məsuliyyətsizlik təhlükəyə yol açır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.