Cəmiyyət

Azərbaycanda toy karvanı hər kəsin marağına səbəb olub - VİDEO

30 May 2016 21:24
16 Şərh     Baxış: 14 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdədə bir toy karvanı hər kəsin marağına səbəb olub. Belə ki, gəlin gətirmək üçün müasir lüks avtomobillərdən yox, retro avtomobillərdən, daha dəqiq desək, "Qaz -24" volqalardan istifadə olunub. Maraqlıdır ki, təşəbbüs bəyin atasından gəlib.

Ötən əsrin 70-80-ci illərininən prestijli avtomobilləri olan "Qaz-24"lərdən ibarət toy karvanı izləyənlərin marağına səbəb olub.

Asim Qocayevin şad günü qeyri-adi olsun deyə atası Rasim Qocayev təşəbbüs göstərib.Gəlini gətirməyə dövrünün ən dəbdəbəli maşını olan volqalarla gediblər.

Avtomobili bəyin atası sürüb. Digər 8 "Volqa" ilə birlikdə Beyləqandan Bərdənin Seyidyusifli  kəndinə  gəlin gətiriblər. Bu həm bəyin, həm də gəlin Samirə Qocayevanın ürəyincə olub.

Bərdə küçələrində gəzən toy kərvanı sakinlərin də maragına səbəb olub.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda toy karvanı hər kəsin marağına səbəb olub

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.